Məqsəd – loyal müştərimiz – Mezzo Lounge üçün yenilənmiş fəaliyyət konseptinə uyğun olaraq 2 növdə (Lounge və Restoran) tərtibat üslubu hazırlamaq idi. Qırmızı və yaşıl rənglərində fokuslanaraq klassik və eyni zamanda müasir stilistikanı tətbiq etdik.
Şirkət haqda – Mezzo Lounge ölkənin ən populyar istirahət məkanlarından sayılır. Şəhərin mərkəzində yerləşən və 2 mərtəbədən ibarət bu məkanda lounge və restoran üslubunda istirahət üçün bütün şərait yaradılıb. Məhz Mezzo Lounge-da gülərüz personal və peşəkar xidmət istirahətinizi unudulmaz edəcək.