STUDIO.AZ ölkəmizin qocaman peşəkar qrafik dizayn və veb xidmətləri bürosudur.
Büro milli domen seqmenti – .az domenində ilk saytların yaradılmasında iştirak edib, hazırlanan layihələr isə ölkənin nömrə 1 İnternet layihələrinə çevrilib, onlarla yerli və əcnəbi müsabiqələrin, tədbirlərin qalibi olub.
Hazırda büromuz kompleksli rəqəmsal xidmətlərlə genişlənən korporativ seqmentə fokuslanıb. Biz, şirkət və təşkilatlar üçün mükəmməl qrafik işlər, video çarx və interaktiv veb saytların hazırlanması ilə yanaşı, rəqəmsal tərəfdaşımız Euronet ilə peşəkar bulud texnologiyaların tətbiqini təklif edirik. Təkliflərimiz baxımlı, funksional və rəqabətə davamlıdır.
Hiper-aktiv, yenilikçi və fərqli millətlərdən olan peşakarların bir araya gəldiyi büromuzun əsas hədəfi müştərilərimizin rəqiblərdən bir addım olmasıdır! Sizin də şirkətinizi məmnun müştərilərimiz sırasında görməyə şad olarıq!