Sual-Cavab

Sifarişi necə edə bilərəm?

Sifariş etmək üçün saytımızdakı SORĞU FORMASINI doldura bilərsiniz. Sifariş sorğusunda xanaların düzgün doldurulması mütləqdir. Sorğulara cavab əməkdaşlarımız tərəfindən adətən 24 saat ərzində verilir. Cavab elektron poçt ilə yazılı formada və ya qeyd edilən əlaqə nömrəsi vasitəsilə baş verir.

Fərdi şəxslər sifariş verə bilərmi?

Hal-hazırda STUDIO.AZ kompleksli rəqəmsal xidmətləri ilə əsasən genişlənən korporativ seqmentə fokuslanıb. Lakin fərdi şəxslərdən də sifariş qəbul edilir.

Qiymətlər necə formalaşır?

Saytda göstərilən qiymətlər nisbidir və sifariş edilən sorğunun mürəkkəbliyi və əməkdaşların itirəcəyi vaxtdan asılı olaraq dəyişir. Böyük həcmli layihələr üçün qiymətlər fərdi olaraq hesablanır. Dəqiq qiymət üçün SORĞU FORMASINI doldura bilərsiniz.

Ofisiniz harada yerləşir?

Ofisimiz Bakı şəhəri, Mətbuat prospekti 95C ünvanında yerləşir. Lakin, bizimlə əlaqə üçün ofisə gəlmək mütləq deyil – biz iş prosesini tam virtuallaşdırmışıq.

Bizimlə əlaqə üçün SORĞU FORMASINI doldura bilərsiniz. Sorğulara cavab əməkdaşlarımız tərəfindən adətən 24 saat ərzində verilir. Cavab elektron poçt ilə yazılı formada və ya qeyd edilən əlaqə nömrəsi vasitəsilə baş verir.

Müştəri dəstək xidməti ilə necə əlaqə saxlayım?

Müştəri dəstək xidməti ilə Whatsapp vasitəsilə əlaqə saxlaya bilərsiniz. Whatsapp nömrəmiz 99499 777-1125.
Bundan əlavə hər müştəriyə fərdi assistent təyin edilir və problem yarandıqda onunla əlaqə saxlanılır.

Şirkətimizlə, həmçinin, elektron poçt vasitəsilə əlaqə qura bilərsiniz. Ümumi sorğular üçün elektron poçt ünvanımız – hello@studio.az.