STUDIO.AZ

STUDIO.AZ — uzaq 2004-cü ilin May ayından Azərbaycanda fəaliyyət göstərən peşəkar rəqəmsal yaradıcılıq studiyasıdır.

Studiyamız milli domen seqmentində (.az üst-domenində) ilk saytların müəllifidir. Tərəfimizdən hazırlanan layihələr ölkənin istifadəçilər tərəfindən ən çox ziyarət edilən #1 İnternet layihələrinə çevrilib, onlarla yerli və əcnəbi müsabiqələrin, tədbirlərin qalibi olublar.

WE ❤️ STUDIO.AZ

Hazırda təklif etdiyimiz əhatəli rəqəmsal xidmətlərlə genişlənən korporativ seqmentə fokuslanmışıq – şirkət və təşkilatlar üçün mükəmməl qrafik işlərin, video çarx və interaktiv veb saytların hazırlanması ilə yanaşı, veb layihələrimizdə rəqəmsal tərəfdaşımız Euronet ilə peşəkar bulud texnologiyalarını (Server, Şəbəkə, Kibertəhlükəsizlik, Kiberanalitika və Şəbəkə Xidmətləri) tətbiq edirik. Təkliflərimiz baxımlı, funksional və rəqabətə davamlıdır.

Bir araya gətirdiyimiz peşəkar, yenilikçi və fərqli millətlərdən olan əməkdaşlarımızın əsas hədəfi – müştərilərimizin öz seqmentlərində rəqiblərindən bir addım öndə olmasını rahatlıqla təmin etməkdir! Məmnun müştərilərimiz sırasında Sizin də şirkətinizi görməyə şad olarıq!

Bizimlə əlaqə üçün ƏLAQƏ səhifəsinə keçid edin və ya birbaşa Whatsapp (+99499 777-1125) vasitəsilə əlaqə saxlayın.

Tərəfdaşlar
Uğur hekayəmiz

Uğur xronologiyamızda yalnız bizim üçün strateji əhəmiyyət daşıyan və dövrünə yeni təcrübə gətirən hadisələr qeyd olunmuşdur. Əməkdaşlıq etdiyimiz şirkətlər və həyata keçirdiyimiz layihələr barədə ətraflı məlumatla tanış olmaq üçün PORTFOLİO bölməsinə daxil ola bilərsiniz.

2025

Vizual kimliyimizdə yeniliklər həyata keçirdik. Şirkətin loqosu müasir trendlərə uyğunlaşdırılaraq 3D formatda istifadəyə başlandı. Bu addım korporativ üslubun daha da gücləndirilməsi və brendin vizual təqdimatının yeni səviyyəyə yüksəldilməsi istiqamətində atılan vacib yenilik oldu.

Sayt üzərində mühüm yeniliklər reallaşdırıldı – çoxfunksiyalı teq sistemi tətbiq olundu, istifadəçi təcrübəsi xeyli təkmilləşdirildi və qısa müddətdə ardıcıl olaraq 10-cu, 11-ci və 12-ci versiyalar istifadəyə verildi.

Tərəfdaşlarla birgə Azərbaycanda bir ilkə imza atdıq və Azərbaycan Kiber Ədalət Alyansını (Azerbaijan Cyber Justice Alliance) təsis etdik.

2025

2024

Bu il əsas diqqət mövcud layihələrin optimallaşdırılmasına yönəldildi. Xüsusilə yeni nəsil texnologiyalar əsasında qurulan Nomrem.az layihəsinin daha da təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində işlərə start verildi.

Bu məqsədlə platformanın daha çox mobil operatora inteqrasiyası təmin edilməyə başlandı və layihənin funksionallığı yeni səviyyəyə qaldırıldı.

İnşaat sektoru ilə yanaşı, konteyner istehsalı və satışı ilə məşğul olan şirkətlərlə də əməkdaşlığa başladıq. Onlar üçün vizual kimlik və veb saytlar hazırladıq. Bu şirkətlər arasında bazarın aparıcı adları – Qarabağ KonteynerPremium Konteyner də yer alır.

Kapital Bank ilə Birbank layihəsi çərçivəsində əhəmiyyətli əməkdaşlığımız uğurla həyata keçirildi.

2024

2023

2023-cü ildə fəaliyyətimiz yeni istiqamətlərlə zənginləşdi. Kibertəhlükəsizlik sahəsində peşəkar təşkilatlarla əməkdaşlığa başlandı. Tərəfdaşımız Euronet şirkəti ilə bir neçə layihəyə start verildi, bu sahədə tanınmış hüquqşünaslarla iş birliyi quruldu. Əlavə olaraq, Cyber Crime Consulting üçün interaktiv veb sayt hazırlandı.

İnşaat sahəsində isə ölkənin ən böyük layihələndirmə şirkətlərindən biri olan Kovaa ilə əməkdaşlığa başlanıldı. Bu əməkdaşlıq komandamız üçün dəyərli təcrübə oldu. Layihə çərçivəsində Kovaa üçün vizual kimlik və korporativ veb sayt hazırlandı.

Telekommunikasiya sektorunda isə unikal həll təqdim edildi. Azercell mobil operatoru ilə birgə xüsusi şifrələnmiş tünellər vasitəsilə operatorların nömrə bazası birbaşa Nomrem.az saytına inteqrasiya edildi. Bu, texnoloji baxımdan ölkədə ilk nümunəvi layihələrdən biri oldu. Bundan əlavə, sayt üçün tamamilə yeni Vizual kimlik hazlrladıq.

Məşhur Azvision saytının inkişafı üçün yeni vizual kimlik konsepsiyası və saytın modernləşdirilmiş versiyasını təqdim etdik.

2023

2022

Studio.az domeni altında fəaliyyət göstərəcək müasir və innovativ STUDIO.AZ ICS (Interactive Creative System) platforması istifadəyə verdik. Platforma komandamız tərəfindən hazırlanmış modul sistem əsasında quruldu və studiyanın imkanlarını tam şəkildə nümayiş etdirməyə şərait yaratdı.

Platformanın istifadəyə verilməsi ilə yanaşı, yeni vizual kimliyimiz, loqotip və tərtibat üslubumuz da təqdim olundu.

İnşaat sektorunda əməkdaşlıq yeni mərhələyə yüksəldi – Premium Park Yaşayış Kompleksinin bütün marketinq işləri bizə etibar edildi. Qısa müddətdə kompleks üçün vizual kimlik və çoxsəhifəli brendbuk hazırlandı, sosial media layihələri uğurla işə salındı.

Sosial media xidmətlərimizə bu ildən etibarən dron çəkilişləri də əlavə olundu.

Qida sektorunda isə yeni tərəfdaşımız – premium qida brendi Salam kolbasaları ilə əməkdaşlığa başlanıldı.

Həmçinin, Euronet şirkəti üçün bulud texnologiyaları əsasında serverlərin idarə olunmasını təmin edən müasir sistem hazırladıq. Bununla yanaşı, şirkət üçün veb layihələrin idarə edilməsini asanlaşdıracaq DCP (Digital Control Platform) sisteminə də start verdik.

2022

2021

2021-ci ildə tərəfdaşların yekdil qərarı ilə şirkətin adı yenidən STUDIO.AZ olaraq bərpa edildi. İlin son aylarında isə şirkət təsisçisi geniş auditoriyaya müraciət edərək saytın yeni versiyasını anons etdi. Bu məqsədlə studiyanın bütün əməkdaşları səfərbər edildi.

Əməkdaşlıqlar çərçivəsində Adore kosmetik şəbəkəsi üçün yeni vizual sima yaradıldı. Şirkətə özünəməxsus stilistika hazırlandı və bütün tərtibat qaydalarını əhatə edən çoxsəhifəli brendbuk tərtib olundu.

Daha bir önəmli əməkdaşlıq dövlət sektoru ilə quruldu – ATB BankAzSuvenir təşkilatı ilə iş birliyi layihələri həyata keçirildi.

Euronet şirkətinin təqdim etdiyi yeni nəsil bulud xidmətlərini korporativ sistemlərimizə tam inteqrasiya etdik. Hazırladığımız və dəstəklədiyimiz bütün saytlar Euronet serverlərinə köçürüldü və onların studio.az domeni üzərindən mərkəzləşdirilmiş idarə olunması təmin edildi.

2021

2020

Bu il də fəaliyyət sahəmiz yeni əməkdaşlıqlarla zənginləşdi. Araz Supermarket şəbəkəsi ilə qrafik dizayn istiqamətində əməkdaşlığa başlanıldı.

Bakı şəhəri üçün yaradılmış Bakı Dizayn Şəhəri adlı konsept layihəsi vizual və funksional baxımdan mükəmməl həllər təqdim edirdi. Lakin qlobal pandemiya səbəbindən layihə reallaşdırıla bilmədi.

Eyni zamanda, 44 günlük Vətən Müharibəsi dövründə bütün potensial və resurslarımızı səfərbər edərək dövlət strukturları ilə əməkdaşlığı daha da gücləndirdik və bu istiqamətdə mühüm dəstək göstərdik.

Azeronline şirkəti üçün yenilənmiş vizual kimlik, korporativ tərtibat qaydalarını təqdim etdik.

2020

2019

Beynəlxalq və yerli brendlərlə əməkdaşlıq imkanlarımız daha da genişləndirdik. KFC beynəlxalq fast food şəbəkəsi ilə qrafik dizayn sahəsində əməkdaşlıq uğurla davam etdirildi.

Qablaşdırma dizaynı üzrə bir neçə yerli şirkətlə iş birliyi quruldu. Bu istiqamət bizim üçün tamamilə yeni olmasa da, peşəkar şirkətlərlə əməkdaşlıq təcrübəmizi daha da zənginləşdirdi.

Turizm sahəsində yeni addım atılaraq, Booynooz Resort üçün vizual kimlik hazırlanması ilə turist guşələri seqmentində ilk təcrübəyə imza atıldı.

Texnologiya sektorunda isə Xiaomi brendinin Azərbaycandakı rəsmi mağazaları üçün vizual kimlik konsepsiyası yaradıldı. Bununla yanaşı, mağazaların açılış kampaniyası təşkil olundu, yüzlərlə insan tədbirə cəlb edildi və xüsusi hədiyyələr təqdim edildi.

Yeni nəsil elektron cihazların təmiri üzrə xidmətlərin göstərilməsində ixtisaslaşan WService mərkəzi üçün baxımlı və funksional vizual kimlik hazırlanaraq uğurla tətbiq olundu.

2019

2018

Euronet şirkəti üçün tamamilə yeni vizual kimlik, korporativ tərtibat üslubu hazırladıq.

2018-ci ildə həmçinin, sosial şəbəkələrdə gündəlik paylaşımlara start verdik. Əvvəlcə eksperiment kimi nəzərdə tutulan bu addım qısa müddətdə uğurlu nəticə verdi – geniş auditoriyaya çıxış əldə olundu və çoxsaylı izləyici toplandı.

Nəticə etibarilə, təqdim etdiyimiz xidmətlər portfelinə Sosial Media Marketinqi də əlavə olundu. Bu xidmətlər paket şəklində təqdim edilir, eyni zamanda müştərinin spesifik tələblərinə uyğun olaraq fərdi şəkildə də hazırlanır.

Mezzo Restoranı, Azeronline, Azercell, Abdu TravelEuronet şirkətlərinin sosial media hesablarının idarəçiliyinə başladıq.

Nomrem.az layihəsi üçün mükəmməl veb sayt hazırladıq. Platforma Azərbaycan internet məkanında indiyə qədər mövcud olmayan innovativ funksionallıq təqdim edərək, istifadəçilərə tamamilə yeni təcrübə qazandırdı. Layihənin vizual siması və tərtibat qaydaları yenilənərək müasir trendlərə uyğunlaşdırıldı, əlavə olaraq brendin fərqliliyini önə çıxaran xüsusi maskot yaradıldı. Beləliklə, Nomrem.az həm texnoloji həlləri, həm də kreativ yanaşması ilə bazarda lider mövqeyini möhkəmləndirdi.

2018

2017

Turizm sahəsində artan tələbatı nəzərə alaraq, turizm şirkətləri üçün universal veb platforma hazırlanmışdır. Platforma istifadəçilərə müxtəlif istiqamətlər üzrə axtarış aparmaq, ən aktual təklifləri seçmək və birbaşa sifariş etmək imkanı verirdi.

Layihə özünü doğrultdu və qısa zamanda bir sıra yerli turizm agentlikləri – Baku Wonder Travel, Baku.Tours, Salam Azerbaijan, City Travel və digər şirkətlər bu platformadan uğurla istifadə etməyə başladı.

2017

2016

Bu il xidmət sektorunda mühüm layihələrdən biri reallaşdırıldı. Euroclean quru təmizləmə şəbəkəsi üçün vizual kimlik, korporativ sima, həmçinin mağazaların daxili və xarici tərtibat qaydaları hazırlanaraq tətbiq olundu.

Bu gün də şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən Euroclean şəbəkəsi, məhz həmin dövrdə STUDIO.AZ tərəfindən yaradılmış dizayn konsepsiyası və tərtibat standartları əsasında fəaliyyətini davam etdirir.

2016

2015

Tərəfimizdən şəhərsalma və urbanizasiya sahəsində ilk addımlar atıldı. Bakı şəhərinin vizual tərtibatı və şəhər kimliyi üçün peşəkar konseptual yanaşma təqdim edən City Brand layihəsinə start verildi. Layihənin əsas məqsədi şəhərin müasir vizual imicini formalaşdırmaq və beynəlxalq arenada daha tanınan brendə çevrilməsinə dəstək göstərmək idi.

Hazırladığımız və dəstəklədiyimiz bütün saytları tam şəkildə bulud texnologiyaları əsasında fəaliyyət göstərən serverlərə miqrasiya etdik.

2015

2014

2014-cü il şirkətimizin strukturunda mühüm dəyişikliklərlə yadda qaldı. Əlavə investisiyaların və yeni tərəfdaşların cəlb edilməsi ilə şirkətin adı Shukurzade & Company olaraq dəyişdirildi. Eyni zamanda, yeni domen adı alındı və bütün məzmun həmin domenə köçürüldü. Bu müddət ərzində studio.az domeni köməkçi domen kimi fəaliyyətini davam etdirdi.

Elektron kommersiya sahəsində yeni layihələr təqdim olundu. FOX Mart e-commerce platformasına start verildi.

Bununla yanaşı, divar kağızlarını birləşdirən və məhsulları rəqəmsal formata gətirən oboylar.com layihəsi istifadəyə verildi. Qısa müddətdə sayt böyük istifadəçi auditoriyası cəlb etdi.

Xidmət sahəsində də innovativ yanaşma tətbiq olundu. AlcoDrive — “ayıq sürücü” xidməti üçün vizual kimlik və interaktiv veb sayt hazırlandı. Layihə dövrün müasir texnologiyaları və funksionallığı ilə seçilirdi.

2014

2013

Bu il fəaliyyətimizin əsas istiqaməti mobil xidmətlər oldu. Əksər mobil operatorlarla əməkdaşlığa başlayaraq mobil inteqrasiya platformaları yaratdıq, mobil məzmun xidmətləri üçün vizual kimlik və tərtibat üslubları hazırladıq.

Ən önəmli layihələrdən biri isə Euronet şirkətinin Toplu SMS xidməti üçün hazırlanan müasir idarəetmə sistemli veb sayt oldu. Bu sistem vasitəsilə istifadəçilər online ödəniş edə, toplu SMS paketləri əldə edə və inteqrasiya edilmiş panel üzərindən SMS-ləri birbaşa abunəçilərə göndərə bilirdilər.

Bundan əlavə, bu il ilk dəfə olaraq dövlət strukturları ilə əməkdaşlığa başladıq və bir sıra komitə və nazirliklər üçün qrafik işlər həyata keçirdik.

2013

2012

Şirkətimiz inkişaf etməyə başlayan sosial media sahəsində də fəaliyyətə başladı. İnkişaf etməkdə olan sosial şəbəkələrdə yumoristik məzmun təqdim edən Fil Production layihəsinə start verildi.

FOX.AZ layihəsi üçün mühüm göstəricilər qeydə alındı: portalın gündəlik ziyarətçi sayı 50 mindən artıq oldu. Həmçinin layihə üçün yenilənmiş veb sayt, vizual kimlik və tərtibat qaydalarını təqdim etdik.

Mobil xidmətlər istiqamətində də əhəmiyyətli addımlar atıldı. Azercell mobil operatoru və Euronet şirkəti ilə birgə bir sıra layihələr həyata keçirildi. Qısa müddət ərzində birdəfəlik və abunə əsaslı SMS xidmətlərini birləşdirən SMSim.az layihəsi istifadəyə verildi.

Bundan əlavə, istifadəçilərə onlayn əyləncə təcrübəsi təqdim edən Pix.az — Java oyunları toplusu layihəsinə də start verildi.

2012

2011

2011-ci il STUDIO.AZ üçün həm texnoloji, həm də kreativ yeniliklərlə yadda qaldı. Bu il Azərbaycan milli musiqilərini internet auditoriyasına təqdim etmək məqsədilə music-azerbaijan.com layihəsinə start verildi. Layihə o dövr üçün texniki yenilikləri ilə seçilir, istifadəçilərə musiqiləri onlayn dinləmək imkanı yaradırdı.

Eyni zamanda, Azərbaycanı, o cümlədən Qərbi Azərbaycanı təbliğ edən maps-azerbaijan.com layihəsi istifadəyə verildi. Platforma tarixi xəritələri və dövlət rəmzlərini müxtəlif qrafik formatlarda təqdim edirdi. Layihə böyük maraqla qarşılanmaqla yanaşı, erməni auditoriyasının kəskin reaksiyasına səbəb oldu və ümumilikdə 1000-dən çox kiberhücuma məruz qaldı.

Korporativ brendinq sahəsində də uğurlu işlər həyata keçirildi. Baku Electronics üçün reklam məhsullarında geniş istifadə edilən maskot hazırlandı.

Hal-hazırda paytaxtın ən populyar restoranlarından biri olan Mezzo üçün ad konsepsiyası və vizual sima STUDIO.AZ tərəfindən yaradıldı.

Daha bir diqqətçəkən layihə Embawood şirkəti üçün hazırlanmış interaktiv veb sayt oldu. Sayt istifadəçilərə fərdi mebel seçimi etmək, sifariş vermək və sorğularını onlayn izləmək imkanı təqdim edirdi. Layihə tamamilə interaktiv arxitektur üzərində qurulmuş və anındaca dəyişiklikləri dəstəkləyən funksionallığı ilə fərqlənirdi.

2011-ci ilin ən mühüm əməkdaşlıqlarından biri isə dünya fast food nəhəngi KFC ilə oldu. Bu əməkdaşlıq şirkətimizin beynəlxalq brendlərlə iş təcrübəsinə yeni bir mərhələ əlavə etdi.

2011

2010

Mobil xidmətlər istiqamətində Azercell şirkətinin yeni layihəsi — azercellim.com interaktiv mobil məzmun xidməti üçün dizayn və tərtibat işləri həyata keçirildi. Layihənin hazırlanmasında və mobil operatorun servislərinə inteqrasiyada yaxından iştirak etdik.

İnşaat sektorunda əməkdaşlıq genişləndirildi. Yeni yaşayış kompleksi Future Park üçün ilk dəfə olaraq vizual kimlik və qrafik tərtibat üslubu hazırlandı.

Axtarış portalı mərhələsini tamamlayan bir.az domeni, təsisçimizin şəxsi bloqu kimi fəaliyyət göstərməyə başladı.

Elektron kommersiya sahəsində də yeni təcrübə əldə edildi. Integral şirkəti üçün elektron kommersiya əsaslı veb sayt hazırlandı.

Bank sektoru ilə əməkdaşlıq davam etdi. Bank Respublika üçün veb saytın dizayn tərtibatı, Rabitə Bank üçün isə qrafik dizayn xidmətləri göstərildi.

Ölkənin ilk katerinq şirkəti olan Safye üçün vizual sima və interaktiv veb sayt hazırlandı.

Bundan əlavə, Azeronline şirkəti üçün billinq sisteminə inteqrasiya edilmiş interaktiv istifadəçi idarəetmə sistemi, tamamilə yeni vizual kimlik, korporativ tərtibat qaydaları təqdim edildi.

2010

2009

Bu il şirkətimiz üçün dəyişikliklər və yeni uğurlarla yadda qaldı. Bu ildən etibarən fəaliyyətimizi Shukurzade Studio adı altında davam etdirdik.

Şirkətimizin rəsmi saytının ən mükəmməl versiyası hazırlandı. Sayt o dövrdə yeni təqdim olunmuş jQuery texnologiyası əsasında quruldu və müasir yanaşması ilə fərqləndi.

AB Travel saytının uğurlu istifadəyə verilməsindən sonra, turizm agentlikləri üçün çoxfunksiyalı və adaptiv dizayn dəstəkli veb platforma hazırlandı. Bu platforma əsasında bir neçə layihə yaradıldı ki, onlardan ən yadda qalanı ISR Travel üçün hazırlanmış interaktiv sayt oldu. Üç dildə fəaliyyət göstərən bu sayt öz dizaynı ilə bu gün də aktuallığını qoruyur.

Yeyinti sektorunda əməkdaşlıq genişləndirildi. Məşhur və hazırda da satışda olan Karmen unları üçün vizual sima hazırlanaraq bazara təqdim olundu.

Bu il həmçinin, Azeronline şirkəti ilə birgə WebMaster mükafatı təsis edildi. Elə həmin il mükafatın ilk nominantları seçilərək təltif olundu. Layihənin bütün qrafik və veb işləri tərəfimizdən hazırlandı.

Telekommunikasiya sahəsində bazara yeni daxil olan Nar operatoru üçün CavanNar layihəsinin vizual siması və interaktiv veb saytı hazırlandı.

Euronet şirkəti üçün isə xüsusi SMS idarəetmə sistemi yaradıldı. Onun veb versiyası da istifadəyə verilərək müştərilərə idarəetmədə tamamilə yeni təcrübə qazandırdı.

Əldə olunan uğurlar sırasında FOX.AZ layihəsinin növbəti dəfə Netty Milli İnternet Mükafatına layiq görülməsi və “İlin Ən Yaxşı Əyləncə Saytı” seçilməsi xüsusi qeyd olunmalıdır.

2009

2008

AB Standard Holdinqə daxil olan bir sıra şirkətlər üçün funksional və innovativ veb saytlar hazırladıq. Onlardan ən yadda qalanı, AB Travel üçün tam Adobe Flash texnologiyası əsasında yaradılan sayt oldu. Öz interaktiv və estetik dizaynı ilə seçilən bu layihə bir neçə nüfuzlu müsabiqədə “Ən yaxşı dizayn” nominasiyasında qalib seçildi.

Bundan əlavə, AB Skybell internet provayderinin bütün veb işləri də komandamız tərəfindən həyata keçirildi.

Həmçinin, bu il unikal texniki xüsusiyyətlərə malik və hazırda da populyarlığını qoruyan Nomrem.az layihəsinə start verildi.

Həmin il studiyanın əsas nailiyyətlərindən biri də studio.az saytının “İlin Korporativ Saytı” nominasiyasında Netty Milli İnternet Mükafatının qalibi olması oldu.

2008

2007

2007-ci il şirkətimiz üçün yeni layihələr və uğurlu əməkdaşlıqlarla yadda qaldı. Bu il Team.az layihəsinə start verildi. Layihə korporativ əməkdaşların birgə işləməsi üçün yeni təcrübə təqdim edirdi və qısa zamanda ən populyar korporativ icma — kompot.team.az formalaşdı. İcma yüzlərlə işgüzar insanı birləşdirirdi.

Xarici auditoriyaya yönəlmiş VipStars.com layihəsi də həmin il istifadəyə verildi. Qısa müddət ərzində layihə gündəlik 100 mindən çox ziyarətçi cəlb edərək şirkətimizin saytları üçün rekord göstərici nümayiş etdirdi.

Regional layihələr istiqamətində imishli.com saytının ikinci versiyası istifadəyə verildi. Eyni zamanda, Ağdaban faciəsi və erməni faşizminin törətdiyi cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün xüsusi veb resurs hazırlandı.

Şirkətimizin rəsmi saytı da yeniləndi. STUDIO.AZ saytının yeni versiyası o dövr üçün tamamilə fərqli dizaynla — qara fon və ultra-müasir rənglər əsasında təqdim olundu. Şüarımız isə – Creative Team olaraq dəyişdirildi.

O dövrdə geniş yayılmış mobil məzmun sahəsində də fəaliyyətə başladıq. Mobil operatorlarla inteqrasiya olunmuş unikal və çoxfunksiyalı veb platforma hazırlandı. Bu platforma üzərindən bir sıra layihələr istifadəyə verildi: Azercell operatoru üçün MobiSky şirkətinə məxsus 6070.az, Bakcell operatoru və Azmark şirkəti üçün boom.az, fresh.az, melofon.az, wow.az, Nar Mobile operatoru üçün isə 757.az, 3600.az. Bu layihələrin hər biri üçün vizual kimlik, tanınan simalar və maskotlar tərəfimizdən hazırlandı.

Beynəlxalq əməkdaşlıqlar da genişləndi. Həmçinin, quru təmizləmə sahəsində fəaliyyət göstərən Four Seasons şəbəkəsi üçün vizual kimlik və veb sayt hazırlandı.

2007-ci il şirkətimizin yeyinti sənayesi sahəsində də ilk təcrübəsi ilə fərqləndi – Kral kolbasaları üçün vizual sima hazırlandı.

Bütün bunlarla yanaşı, il ərzində Azeronline şirkətinin bütün qrafik və rəqəmsal layihələri tərəfimizdən həyata keçirildi. Buraya veb saat, billinq və istifadəçi idarəetmə sistemlərinin hazırlanması, eləcə də marketinq və pr fəaliyyətlərinin icrası daxil idi.

2007

2006

Bu il də şirkətimiz üçün dinamik inkişaf və böyük layihələrlə yadda qaldı. Bu il FOX.AZ əyləncə portalının yeni versiyası istifadəyə verildi və qısa müddətdə ölkənin ən çox ziyarət olunan saytına çevrildi.

Eyni zamanda, Google şirkətinin təqdim etdiyi API-lər əsasında qurulan ilk və son yerli axtarış sistemi — Bir.az fəaliyyətə başladı.

Azərbaycan tarixini və onun həqiqətlərini rus və ingilis dilli auditoriyaya təqdim etməyi hədəfləyən Azeri.ws layihəsinin yeni versiyası da bu il istifadəyə verildi.

Ölkə üzrə ilk dəfə ayrıca bir regiona — İmişli rayonuna həsr olunmuş imishli.com saytı da 2006-cı ildə fəaliyyətə başladı.

Şirkət dövlət strukturları ilə əməkdaşlığını genişləndirərək AzPromo təşkilatı üçün saytın hazırlanmasında iştirak etdi. Layihənin bütün dizayn və tərtibat işləri STUDIO.AZ tərəfindən həyata keçirildi.

Bu il həm də korporativ inkişaf baxımından önəmli oldu – studio.az domenində şirkətimizin ilk rəsmi saytı istifadəyə verildi. Macromedia Flash texnologiyası əsasında hazırlanmış bu sayt o dövr üçün müasir və innovativ təqdimat nümunəsi idi.

Beynəlxalq əməkdaşlıqlara da start verildi. Qaradağ Sement üçün vizual kimlik və tərtibat üslubu hazırlandı, ölkənin ən iri maliyyə qurumu — Azərbaycan Beynəlxalq Bankı ilə qrafik sahədə əməkdaşlıq quruldu.

2006-cı ilin ən unikal təcrübələrindən biri isə Bakıda keçirilən beynəlxalq “Что? Где? Когда?” 2-ci Millətlər Kubokuna həsr olunmuş veb layihə oldu. Çempionat üçün interaktiv izləmə sistemi və ona inteqrasiya edilmiş sayt hazırlanaraq iştirakçıların nəticələrinin canlı yayımlanması təmin edildi. Komandaların topladığı xallar real vaxtda saytda əks olunurdu. Layihə o dövrün ən müasir texnologiyaları ilə, onlarla əməkdaşımızın birgə səyi nəticəsində ərsəyə gətirildi.

Bundan əlavə, həmin dövrdə ölkənin ilk elektron kommersiya nümunələrindən biri sayılan West Telecom şəbəkəsinin saytı da tərəfimizdən hazırlanaraq istifadəyə verildi. Şirkət üçün vizual kimliyin işlənməsi də biz tərəfdən həyata keçirildi.

2006

2005

Təsisçinin digər layihələrinə (FOX.AZ, AzeriNext, Azeri.WS, Imishli.com, Tuning.az və s.) dəstək göstərməklə yanaşı, xidmət çeşidini genişləndirdik və müştəri portfelinə ölkənin aparıcı şirkət və holdinqlərini əlavə etdik.

Məhz bu il sonradan on minlərlə istifadəçini bir araya gətirən və internetdə ilk Azərbaycan dilli forum kimi yadda qalan – FOX.AZ Forumu (forum.fox.az) fəaliyyətə başladı. Forum o dövr üçün yüksək funksionallığı ilə seçilirdi və VBulletin şirkətinin rəsmi lisenziyası əsasında çalışırdı.

Əməkdaşlığımızın nəticəsi olaraq, FOX.AZ layihəsi həmin il Netty Milli İnternet Mükafatının qalibi oldu və bu uğur STUDIO.AZ komandasının peşəkarlığının təsdiqi kimi yadda qaldı.

2005

2004

Azərbaycanda internet hələ geniş yayılmayıb. Buna baxmayaraq, STUDIO.AZ şirkətinin təsisçisi Pərvin Şükürzadə daha əvvəl müxtəlif adlarda (Parwin Design Studio, Parwin Production, Parwin Shukurzade Studio, Shukurzade Studio və s.) şirkətlər təsis edərək istedadlı gəncləri ətrafına toplamış və ölkə üçün tamamilə yeni internet xidmətləri təqdim etmişdi. Lakin, məhz bu ildə studio.az domeninin əldə olunması faktı bu tarixin STUDIO.AZ şirkətinin rəsmi təsis olunması ili kimi qəbul edilir. İlk şüarımız da maraqlı idi – United colors of Azeri design!

Yeni təsis olunmasına baxmayaraq, şirkət qısa zamanda böyük layihələrə imza atır. Azeronline şirkəti ilə birlikdə Azercell mobil operatoru üçün 3 dil dəstəkli interaktiv veb sayt hazırlandı. Bu sayt o illər üçün ilk dəfə istifadəçilərə nömrələri onlayn idarə etmək imkanı verirdi və həmin dövr üçün Azərbaycanda ən mürəkkəb və funksional veb layihə hesab olunurdu. Saytın bütün dizayn və texniki tərtibatı komandamız tərəfindən həyata keçirilmişdir.

Eyni ildə ölkənin ən böyük əyləncə məkanlarından olan XSite gecə klubu üçün vizual kimlik yaratdıq və yeni təqdim olunmuş Macromedia Flash texnologiyası əsasında interaktiv veb sayt hazırladıq. Bu da, Azərbaycan üçün tamamilə yeni bir yanaşma idi və ölkədə ilk nümunələrdən biri kimi tarixə düşdü.

2004

Aylıq dizayn dəstəyi
Xidmət üçün 2 ay ödə, 3 ay xidmət al!
Sosial Media Marketinq
Yeni müştərilərə "Studio AIR" tarifi 18% endirimlə!
Ad seçimi və şüar
Ad seçimi və şüar xidmətlərinə 36%-dək endirim!
Korporativ veb sayt
Korporativ sayt sifarişlərində əlavə 5 xidmət hədiyyə!
Ad seçimi və şüar
Ad seçimi və şüar xidmətlərinə 36%-dək endirim!
Sosial Media Marketinq
Yeni müştərilərə "Studio AIR" tarifi 18% endirimlə!
Qablaşdırma dizaynı
Qablaşdırma dizaynı sifarişlərinə 18%-dək endirim!
Korporativ veb sayt
Korporativ sayt sifarişlərində əlavə 5 xidmət hədiyyə!
Aylıq dizayn dəstəyi
Xidmət üçün 2 ay ödə, 3 ay xidmət al!
Vizual kimlik (Brendinq)
Qarabağ Konteyner
Vizual kimlik (Brendinq)
Azeronline
Qrafik dizayn
Booynooz
Vizual kimlik (Brendinq)
Mezzo
Vizual kimlik (Brendinq)
Azeronline 5GHz
Kampaniya, Sosial Media
Chipso
Vizual kimlik (Brendinq)
Nokia
Video lokalizasiya
FOX.AZ
Vizual kimlik (Brendinq), Sayt