GDT – Global Destinations Travel yeni yaradılmış olsa da, turizm sektorunda xidmət keyfiyyəti ilə fərqlənməyi və yeniliklər gətirməyi hədəfləyən iddialı şirkətdir.
Brendin loqotipi və vizual üslubu hazırlanarkən ənənəvi yerli turizm şirkətlərinin obrazından kənara çıxaraq, diqqət çəkən qlamur rəng palitrası və ultra-müasir şriftlərdən istifadə edilib. Bu yanaşma GDT-ni bazarda seçilən, beynəlxalq standartlara uyğun imicə sahib unikal turizm brendi kimi təqdim edir.